İspaniya La Liqasının XXVIII turunda "Betis"i səfərdə darmadağın edən "Barselona" (4:1) çempionluğa bir addım da yaxınlaşıb. Matc.az saytının məlumatına görə, het-triklə qarşılaşmanın qəhrəmanına çevrilən kataloniyalıların kapitanı Lionel Messi növbəti dəfə yeni rekordlara imza atıb.

- Argentinalı superulduz "Barsa"nın heyətində bütün turnirlərdə 477-ci qələbəsini qazanıb. Bununla o, klub tarixinin rekordçusu olub. Leo sabiq komanda yoldaşı Xavi Ernandesi (476 qələbə) geridə qoymağı bacarıb. Xavi 767 matçda bu göstəriciyə nail olmuşdusa, Messiyə 674 oyun kifayət edib. Kapitan 674 görüşü ümumilikdə 85 rəqibə qarşı keçirib, 591 qol, 230 assistə imza atıb.

- "Betis"lə oyunda 3 qol vuran Messi eyni zamanda La Liqa tarixində səfərdə ən çox het-trik edən oyunçu olub. O, Sevilyada 13-cü səfər het-trikini rəsmiləşdirib.

- Bu, həm də Leonun İspaniya çempionatında 333-cü qalibiyyəti olub. Bununla argentinalı "Barselona"nın sabiq qapıçısı Andoni Zubizarretaya çatıb. La Liqada rekord isə "Real"ın əfsanəvi kapitanı İker Kasilyasa məxsusdu (334 qələbə). Messi daha iki qalibiyyətlə yeni rekordçu olacaq.

- Dünənki görüşdə argentinalının 3 zərbəsi qarşısında aciz qalan "Betis"in qapıçısı Pau Lopes Messinin ən çox məyus etdiyi qolkiperlər sırasında 4-cü yerə "yüksəlib". "Barsa"nın kapitanı Dieqo Lopes, Andres Palop və Tono ilə yanaşı, Pau Lopesi də 12 dəfə mərkəzə dəvət edib. Messi üçün ən "sevimli" qapıçı Dieqo Alvesdi. O, Braziliya millisinin qolkiperini 21 dəfə məyus edib. Qorka İrayzos 18, İker Kasilyas və Andres Fernandes isə 17 dəfə Messinin qurbanı olub.

- "Barselona"nın heyətində bütün turnirlərdə 674-cü oyununa çıxan Lionel Messi keçmiş komanda yoldaşı Andres İnyestanı geridə qoyaraq, ikinci pilləyə yüksəlib. İndi o, yalnız 767 görüşdə iştirak etmiş Xavidən geri qalır.

Qeyd edək ki, La Liqada 28 turdan sonra Lionel Messi 29 qolla bombardirlər yarışına başçılıq edir. O, həm qol, həm də assist (12) sayına görə "böyük beşlik" ölkələrində zirvədədi.

Бетис 1-4 Барселона Обзор матча 17 марта 2019 от SportObzor на Rutube

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest