UEFA çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Portuqaliya "Benfika"sı doğma meydanda İtaliyanın "İnter" komandasını sınağa çəkib. Qonaq komanda bu qarşılaşmada inamlı qələbə qazanmaqla cavab matçı öncəsi üstünlüyü ələ keçiriblər.

Günün ən maraqlı görüşü isə İngiltərədə "Mançester Siti" ilə Almaniya nəhəngi "Bavariya" arasında baş tutub. Bu oyunda "şəhərlilər" 3 cavabsız qola seviniblər.

UEFA çempionlar Liqası
1/4 final
11 aprel

Benfika (Portuqaliya) – İnter (İtaliya) 0:2
Qol: Barella, 51. Lukaku, 82-pen.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Lissabon. "Estadio da Luz".

Mançester Siti (İngiltərə) – Bavariya (Almaniya) 3:0
Qol: Rodri, 27. B.Silva, 70. E.Haland, 77.
Baş hakim: Xesus Mansano (İspaniya).
Mançester. "Etihad" stadionu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest