Qazaxıstanın paytaxtı Astanadakı şahmat üzrə komandalararası dünya çempionatında son turun görüşləri keçirilir. Kişilərin yarışında mübarizə aparan Azərbaycan millisi IX - sonuncu turda Misirlə qarşılaşıb.

Qazaxıstanın paytaxtı Astanadakı şahmat üzrə komandalararası dünya çempionatında son turun görüşləri keçirilir. Matc.az xəbər verir ki, kişilərin yarışında mübarizə aparan Azərbaycan millisi IX - sonuncu turda Misirlə qarşılaşıb.

3 şahmatçımızın bərabərə qaldığı turda Qədir Hüseynov rəqibini məğlub edərək, yığmamıza qələbə qazandırıb.

Qeyd edək ki, dünya çempionatına Azərbaycan millisinin şərəfini Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov qoruyub.

 

Dünya çempionatı, IX tur

Azərbaycan - Misir - 2,5:1,5

Arkadi Naydiç - Bassem Amin - 0,5:0,5

Rauf Məmmədov - Əhməd Ədli - 0,5:0,5

Qədir Hüseynov - Adam Fevzi - 1:0

Eltac Səfərli - Abdulrəhman Heşam - 0,5:0,5

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest