İsveç yığmasının hücumçusu Yesper Karlsson AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan üzərində 5:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib. Matc.az xəbər verir ki, 24 yaşlı forvard qeydə alınan nəticədən sevincli olduğunu bildirib.

82-ci dəqiqədə əvəzetmə ilə meydana daxil olaraq, sona yaxın komandasının 4-cü qoluna imza atan futbolçu matçdan əvvəl komanda yoldaşı ilə bu barədə danışdığını söyləyib:

"çox gözəl hisslər keçirirəm. Xəyal etdiyimiz vəziyyətdir. çox əyləncəlidi. Oyundan bir gün əvvəl Emil Forsberqlə danışdım, o, qol vurmamağımın pis olduğunu dedi. Bu üzdən meydana qol vurmaq ümidi ilə çıxdım".

Qeyd edək ki, seçmə mərhələnin ilk turunda İsveç Belçikaya 0:3, Azərbaycan isə Avstriyaya 1:4 hesabı ilə uduzub.

 

XƏYAL

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest