PSJ Fransa Liqa1-nin 28-ci turunda öz meydanında "Renn"ə 0:2 hesabı ilə məğlub olub. Matc.az saytı xəbər verir ki, bu, Paris klubunun doğma arenasındakı məğlubiyyətsiz oyunlar seriyasının qırılması ilə nəticələnib.
 
Belə ki, Fransa çempionu Liqa1-də 35 matçdan sonra evdə yenilib. Komanda "Park de Prens"dəki son 35 görüşünün 30-da qələbə qazanıb, 5-də heç-heçə etmişdi. Komanda buna qədər axırıncı dəfə iki il əvvəl - 2021-ci ilin aprelində "Lill"ə öz meydanında (0:1) uduzmuşdu.
 
Qeyd edək ki, PSJ hazırda 66 xalla turnir cədvəlinə başçılıq edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest