"Sent-Etyenn" mövsümün əvvəlində 1 milyon avro qarşılığında "Qarabağ"dan transfer etdiyi İbrahima Vadji ilə yayda vidalaşa bilər. Matc.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, seneqallı forvardın çıxışı II liqa təmsilçisinə onun satışından gəlir əldə etmək ümidi verib.
 
"Sent-Etyenn" rəhbərliyi hesab edir ki, son 5 oyunda 3 qol vuran Vadji məhsuldarlığını davam etdirəcəyi halda, yayda onun satışından gəlir qazanmaq mümkün olacaq. Fransızlar indidən hücum xəttinə axtarışlara başlayıb. Klub Vadjinin gedişi ilə yaranacaq boşluğu doldurmaq üçün alternativlər müəyyənləşdirir.
 
Qeyd edək ki, İbrahima Vadji bu mövsüm "Sent-Etyenn"in heyətində Liqa 2-də 6 qola imza atıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest