Əvəzində Messi karyerasında ilk dəfə ardıcıl üç mövsüm ÇL-in 1/4 finalına yüksələ bilməyib. 36 yaşlı futbolçu son üç mövsümün hər birində 1/8 finalda "ilişib".

UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniyanın "Bayern" klubu ilə səfər oyunu PSJ-nin hücumçusu Lionel Messi üçün əlamətdar olub. Matc.az xəbər verir ki, Fransa klubunun argentinalı forvardı karyerasında 150-ci dəfə qitənin ən nüfuzlu klub turnirində start heyətində meydana çıxıb.
 
O, bunu bacaran üçüncü oyunçu olub. Sıralamada birinci yeri portuqaliyalı Kristiano Ronaldo (178), ikinci pilləni isə ispaniyalı İker Kasilyas (176) tutur.
 
Əvəzində Messi karyerasında ilk dəfə ardıcıl üç mövsüm çL-in 1/4 finalına yüksələ bilməyib. 36 yaşlı futbolçu son üç mövsümün hər birində 1/8 finalda "ilişib".
 
Messi 18 dəfə qatıldığı çL-in pley-offlarında 4-cü dəfədir qol vura bilməyib. O, ötən mövsüm, həmçinin 2005/06 və 2006/07 mövsümlərində də qrupdan sonrakı mərhələdə fərqlənməyi bacarmayıb.
 
PSJ isə tarixində ilk dəfə bir mövsüm ərzində çL-də keçirdiyi bütün matçlarda qapısında qol görüb. Komanda qrup mərhələsindən bəri 8 görüşdə iştirak edib və hamısında qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest