İtaliyanın "İnter" klubu UEFA çempionlar Liqasında 13 ildən sonra ilk dəfə ardıcıl 3 ev matçında qələbə qazanıb. Matc.az xəbər verir ki, Milan təmsilçisi buna 1/8 final mərhələsində Portuqaliyanın "Portu" komandasına doğma meydanda 1:0 hesabıyla qalib gəlməklə nail olub.
 
Sözügedən kollektiv qrup mərhələsində İspaniyanın "Barselona" (1:0) və çexiyanın "Viktoriya" (4:0) komandalarına da öz meydanında qalib gəlmişdi.
 
Milanlılar sonuncu dəfə çL-i qazandıqları 2009/2010 mövsümündə ardıcıl 4 ev qələbəsinə sevinmişdilər.
 
Yeri gəlmişkən, "İnter" çL-in son 16 pley-off qarşılaşmasında heç-heçə etməyib. Komanda sonuncu dəfə 2009-cu ildə İngiltərə təmsilçisi "Mançester Yunayted"lə bərabərə qalıb – 0:0.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest