Bu gün UEFA çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

İngiltərənin "Mançester Siti" komandası Almaniyada "Leypsiq"in qonağı olub. Niderlanddan olan Türkiyə əsilli Serdar Gözübüyükün idarə etdiyi bu oyunda qalib müəyyənləşməyib.

Digər oyun isə İtaliyada "İnter" və Portuqaliyanın "Portu" komandası arasında keçirilib. Qarşılaşmanın baş hakimi serbiyalı Srcan Yovanoviç olub. İtaliya təmsilçisi bu oyunun son dəqiqələrində vurduğu yeganə qol sayəsində cavab matçı öncəsi üstünlük qazanıb.

UEFA çempionlar Liqası
1/8 finalın ilk oyunları
22 fevral

Leypsiq (Almaniya) - Mançester Siti (İngiltərə) 1:1
Qol: Qvardiol, 70 – Mahrez, 27.
Baş hakim: Serdar Gözübüyük (Niderland)
Leypsiq, "RB Arena".

İnter" (İtaliya) - Portu (Portuqaliya) 1:0
Qol: Lukaku, 86.
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Milan, "San Siro" stadionu.

Daha öncə baş tutan ilk altı qarşılaşmada bu nəticələr qeydə alınıb:

Milan (İtaliya) – Tottenhem (İngiltərə) 1:0
PSJ (Fransa) – Bayern (Almaniya) 0:1
Borussiya (Dortmund, Almaniya) – çelsi (İngiltərə) 1:0
Brügge (Belçika) – Benfika (Portuqaliya) 0:2
Ayntraxt (Almaniya) – Napoli (İtaliya) 0:2
Liverpul (İngiltərə) – Real (İspaniya) 2:5

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest