Zaqreb "Dinamo"sunun sabiq qapıçısı Tomislav İvkoviç komandanın hazırkı durumunu dəyərləndirib. Matc.az xəbər verir ki, 63 yaşlı mütəxəssis Xorvatiya klubunun hücum xəttindəki problemləri qabardıb:
 
Son olaraq ötən il Serbiya klubu "Boraç"ı çalışdıran İvkoviç Azərbaycan millisinin forvardı Mahir Emreli barədə də fikirlərini bölüşüb:
 
"Petar Boçkayın özünə o qədər də inamı yoxdur. Ona görə də, baş məşqçi "Slovan"la (1:1) oyunun fasiləsində onu əvəzləyib. Onun əvəzinə meydana daxil olan Mahir Emreli isə cinah oyunçusu deyil. Onlardansa Luka Menalyoya çox şans vermək lazımdı. O, çox keyfiyyətli oyunçudu, sakitdi, yaxşı ötürmələr verə bilir. Bu cür hücumla "Dinamo"nun mövsümün qalan hissəsində işi çətin ola bilər".
 
Qeyd edək ki, "Dinamo" 20 turdan sonra 46 xalla Xorvatiya çempionatına başçılıq edir.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest