"Neftçi" və "Qəbələ"nin sabiq futbolçusu Stiven Jozef-Monroz Azərbaycandan ayrılmağına peşmandı. Matc.az xəbər verir ki, 33 yaşlı hücumçu Fransa mətbuatına açıqlamasında Azərbaycanı tərk etdikdən sonra karyerasında eniş yaşandığını etiraf edib.
 
Monroz bunu menecerinin olmaması ilə əlaqələndirib:
 
"Azərbaycanda dörd il keçirdikdən sonra böyük büdcəsi və ambisiyaları olan "Ksanti"yə yollandım. Ancaq buna peşman oldum. Orada mənim üçün çox pis keçdi. Ardından Fransaya qayıtdım. Artıq menecerim yox idi və "Qazelek"də bir tanış mənimlə əlaqə saxladı. Peşəkar klub kimi yanaşırdılar. Orada qala bilərdim, ancaq vəziyyət ürəkaçan olmadı, klub maddi problemlər yaşadı".
 
Qeyd edək ki, Stiven Jozef-Monroz bir neçə gün əvvəl Fransanın aşağı liqa təmsilçisi "Milizaç"a keçib. Forvard 2017-2019-cu illərdə "Qəbələ", 2019-2021-ci illərdə isə "Neftçi"nin formasını geyinib.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest