Futbol üzrə Polşa çempionatında 18-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv 2023-cü ildəki ilk matçında "Lexiya" ilə qarşılaşıb. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Visla" 18 turdan sonra 28 xalla 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest