Rusiya klublarının və milli komandalarının UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakının dayandırılması qərarı qüvvədə saxlanılacaq. Matc.az "RIA Novosti"yə istinadən xəbər verir ki, sabah qitə futbol qurumunun nümayəndələrinin iclasında bu qərar açıqlanacaq.
 
Toplantıda Rusiya Futbol İttifaqının rəsmiləri də iştirak edəcək. Həmin görüşdə Rusiya klublarının və yığmalarının beynəlxalq arenaya qayıtması məsələsi müzakirə olunacaq.
 
Qeyd edək ki, ötən il fevralın 28-də UEFA və FIFA Rusiya komandalarının beynəlxalq yarışlarda iştirakına qadağa qoyub.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest