Şotlandiyanın Qlazqo şəhərində keçirilən yüngül atletika üzrə Avropa çempionatında Azərbaycan idmançısı qızıl medal qazanıb. Matc.az saytının məlumatına görə, üç təkanla uzunluğa tullanmada yarışan Nazim Babayev bütün rəqiblərini üstələyib.

Babayev 17.29 metr nəticə ilə qitənin ən güclüsü olaraq, "qızıl" medalı boynundan asıb.

İkinci pilləni portqaliyalı Nelson Evora (17.11), üçüncülüyü isə almaniyalı Maks Hess (17.10) qazanıb.

Qeyd edək ki, 21 yaşlı Babayev 2015-ci ildə gənclər, 2017-ci ildə isə U-23 idmançılar arasında Avropa çempionu adını da qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest