Türkiyənin "Sivasspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Yunanıstandan olan yarımmüdafiəçi Xaris Xarisisi heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
Xaris Xarisis Yunanıstanın "Atromitos" klubundan transfer olunub. Türkiyə klubu bu transfer üçün qarşı tərəfə 500 min avro ödəyib.
 
Xarisis peşəkar karyerasına "PAS Yanina" klubunda başlayıb. O, PAOK, "Sent-Trüden" və "Kortreyk" komandalarında da forma geyinib. 2019-cu ildən "Atromitos"da forma geyinən 27 yaşlı futbolçu bu komandada 84 oyuna 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest