"Qarabağ"ın UEFA çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi ilk oyun üçün biletlər satışa çıxarılıb. Matc.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.
 
Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "Iticket.az"dan, Ağdam klubunun "Park Bulvar"dakı fan-şopundan, 28 mall və Gənclik mall ticarət mərkəzlərindəki satış məntəqələrindən almaq olar.
 
Avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" matçına saat 20:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest