Əfsanəvi braziliyalı futbolçu Ronaldo yenidən eşq həyatı ilə gündəmə gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "yekədiş", nəhayət ki, əsl məhəbbətini tapıb.

Ronaldo həm futbolçu ikən, həm də karyerasını bitirdikdən sonra bir neçə xanımla sevgili olub. Hətta onun Braziliyada 4 uşağı var. Ancaq "sambaçı" bu dəfə münasibətində ciddi görünür. O, məşhur braziliyalı model Selina Loksla eşq macərası yaşayır. Cütlük 2015-ci ildə tanış olub.

Ronaldo Loksa görə, bütün qadınlarla münasbətini kəsib. Cütlüyün arasında 15 yaş fərq olmasına baxmayaraq, bunun fərqinə varmırlar və çox xoşbəxt həyat sürürlər. Bu mənzərə çəkilən fotolarda da aydın görünür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest