Polşanın "Lex" komandasının baş məşqçisi Con van den Brom UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, niderlandlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında doğma meydanda keçirəcəkləri matça ciddi hazırlaşdıqlarını bildirib:
 
"çempionlar Liqasında zəif rəqib yoxdur. "Qarabağ"a hörmətlə yanaşmalıyıq. Həqiqətən çox yaxşı komandadır. ötən mövsüm Konfrans Liqasında etdiklərini görmüşük. Eləcə də rəqib bizə hörmət etməlidir.
 
Bütün futbolçular yaxşı formadadırlar. Azərbaycan çempionuna qarşı 2 oyun keçirəyik. Təbii ki, asan olmayacaq".
 
Sabah Poznandakı eyniadlı arenada baş tutacaq "Lex" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest