Karyerasında daha əvvəl "Mançester Yunayted"də forma geyinmiş Di Mariya yerli azarkeşlərin qınağına məruz qalmış, ona tərəf pivə şüşəsi atılmışdı. Anxel isə şüşəni yerdən götürərək içirmiş kimi jest edib, daha sonra kənara tullamışdı.

çempionlar Liqasının 1/8 final mərhələsi ilk oyunları çərçivəsində dünən baş tutan "Mançester Yunayted" – PSJ görüşünün qəhrəmanlarından biri olan Anxel Di Mariya cavab matçını buraxa bilər. Matc.az saytının məlumatına görə, UEFA argentinalı yarımmüdafiəçinin sözügedən qarşılaşmada azarkeşlərlə yaşadığı konflikti diqqət mərkəzinə alıb.

Əgər qitənin ali futbol qurumu oyunçunun hərəkətlərini azarkeşləri provakasiyaya çəkməyə cəhd olaraq dəyərləndirsə, o, Parisdəki qarşılaşmadan kənarda qalacaq.

Karyerasında daha əvvəl "Mançester Yunayted"də forma geyinmiş Di Mariya yerli azarkeşlərin qınağına məruz qalmış, ona tərəf pivə şüşəsi atılmışdı. Anxel isə şüşəni yerdən götürərək içirmiş kimi jest edib, daha sonra kənara tullamışdı.

Qeyd edək ki, PSJ-nin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə hər iki qolun ötürməsini Anxel Di Mariya vermişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest