Həndbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçi Slavişa Ristiçeviç təxminən bir aydır davam edən təlim-məşq toplanışını dəyərləndirib. Matc.az xəbər verir ki, avqustda keçiriləcək İslamiadaya qələbə ardınca yollanacaqlarını vurğulayan komandanın çalışdırıcısı Həndol Federasiyasının mətbuat xidmətinə açıqlamasında hazırlıq prosesindən razı olduğunu bildirib:
 
"Mayın 16-dan təlim-məşq toplanışındayıq. Artıq bir araya yaxındır ki, hazırlığa start vermişik. Həndbolçuların əhval-ruhiyyəsi yüksək səviyyədədir. İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşırıq. Bizim üçün bu oyunlar çox vacibdir. Nəinki, bu, ümumiyyətlə bütün yarışlarda uğur qazanmaq niyyətindəyik. Qarşıda iki ay vaxtımız var. Məncə daha çox çalışmaqla istəyimizə çata bilərik. Burda olduğumdan çox məmnunam. İşlər qaydasında gedir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest