Madrid "Real"ının qapıçısı Tibo Kurtua UEFA çempionlar Liqasının 2021/22 mövsümündə ən çox seyv edən qolkiper olub. Matc.az xəbər verir ki, belçikalı çərçivə qoruyucusu 13 oyunda 61 dəfə komandasını qoldan xilas edib.
 
Bu göstəricidə ilk "üçlük"də "Vilyarreal"dan Xeronimo Rulyi (41) və "Benfika"dan Odisseas Vlaxodimos (38) da var.
 
"Real"ın finalda qalib gəldiyi "Liverpul"un qapıçısı Alisson Bekker bu mövsüm 13 oyunda 15 seyv edərək 18-ci olub.
 
"Real" finalda "Liverpul"a 1:0 hesabı ilə qalib gələrək tarixində 14-cü dəfə çL-in qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest