13 May 2022, 17:24
FUTBOL
Azərbaycan I Divizionunda son turun oyunlarının başlanma saatı dəyişilib. Matc.az PFL-ə istinadən xəbər verir ki, matçlar əvvəldən nəzərdə tutulduğu kimi, saat 16:00-da deyil, saat 15:30-da başlayacaq.
Sonuncu turun matçları mayın 17-də keçiriləcək.
Yeri gəlmişkən, Azərbaycan I Divizionda mükafatlandırma mərasiminin keçiriləcəyi tarix və stadion da müəyyənləşib. Peşəkar Futbol Liqasından verilən digər məlumata görə, I Divizionun rəsmi “Youtube” kanalında canlı yayımlanacaq tədbir 17 may, saat 19:30-da “ASK Arena”da baş tutacaq.