Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, hər iki görüş eyni saatda start götürüb.

İlk oyunlardan sonra komandaların demək olar ki, hamısının finala çıxmaq üçün şansları eyni idi. "Leypsiq" öz meydanındakı ilk matçda "Reyncers" üzərində minimal hesablı qələbə qazanmışdı. Şotlandiya təmsilçisi doğma meydanda ilk oyundakı məğlubiyyətin əvəzini çıxa və finala vəsiqə qazana bilib.

Gecənin digər oyununda Frankfurt "Ayntraxt"ı evdə İngiltərə "Vest Hem"inə minimal hesabla qalib gələrək, finala yüksəlib. Londondakı ilk görüş də Frankfurt təmsilçisinin xeyrinə başa çatmışdı.

Avropa Liqasının final oyunu mayın 18-də keçiriləcək.

Avropa Liqası
Yarımfinalın cavab oyunları
5 may

Reyncers (Şotlandiya) – Leypsiq (Almaniya) 3:1
Qol: Tavernye, 19. Kamara, 24. Lundstram, 81 – Nkunku, 71.
Baş hakim: Artur Dias (Portuqaliya). Qlazqo, "Aybroks" stadionu.
İlk oyun – 0:1

Ayntraxt (Almaniya) – Vest Hem (İngiltərə) 1:0
Qol: Borre, 26.
Baş hakim: Xesus Hil Mansano (İspaniya). Frankfurt, "Frankfurtştadion".
İlk oyun – 2:1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest