Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında ağır atletlərimizin çıxışı davam edir. Matç.az saytı xəbər verir ki, oğlanların yarışında 85 kq çəki dərəcəsində Tarmenxan Babayev körpücük üzərinə çıxıb.

Atletimiz birdən qaldırma hərəkətində 142 kq-ı ram edib və bu hərəkətdə 2-ci olub. Tarmenxan təkanla qaldırma hərəkətində 174 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə 2-ci yeri tutub. Toplam 316 kq (142 kq+174 kq) nəticə ilə Tarmenxan Babayev Yeniyetmələrin Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.

Qeyd edək ki, Tarmenxan Babayev 2002-ci ildə Naxçıvanda anadan olub. "Təhsil" İdman Mərkəzinin nümayəndəsi olan Babayev yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018), 6 qat rekordçusudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest