"Neftçi"nin qış transfer dönəmində yollarını ayırdığı Slavko Braliçin yeni komandası müəyyənləşib. Matç.az-ın Yunanıstan mətbuatına istinadən məlumatına görə, 26 yaşlı mərkəz müdafiəçisi bu ölkəyə köçüb.

Xorvatiyalı futbolçu AEL klubu ilə anlaşıb. Yunanlar da Braliçi heyətə cəlb etdiklərini təsdiqləyiblər. O, yeni komandası ilə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Neftçi"yə mövsümün əvvəlində gələn Slavko Braliçin müqaviləsinə 6 aylıq macəranın ardından xitam verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest