Futbol üzrə Almaniya Bundesliqasının 19-cu turu çərçivəsində baş tutan “Köln”lə səfər oyunu “Bayern” və Robert Levandovski üçün əlamətdar olub. Matc.az xəbər verir ki, Münhen təmsilçisi ölkə çempionatında yeni rekorda imza atıb.
 
Belə ki, Almaniya nəhəngi Bundesliqa çərçivəsində keçirdiyi son 66 oyunda ardıcıl qol vurmağa nail olub. Bununla da Münhen klubu özünə məxsus rekordu yeniləyib. Münhenlilər 2020-ci ilin fevralında başlayan 66 oyunluq seriyada ümumilikdə 202 qol vurub. “Bayern” daha əvvəl 2012-2014-cü illər aralığında Bundesliqada ardıcıl 65 qarşılaşmada fərqlənmişdi.
 
Münhen təmsilçisinin hücumçusu Robert Levandovski isə “Köln”ü 4:0 hesabıyla məğlub etdikləri oyunda het-trikə imza atıb. Polşa millisinin forvardı Bundesliqada 300 qol səddinə çatan 2-ci futbolçuya çevrilib. Bu göstəricidə mütləq rekordçu mərhum futbolçu Herd Müllerdir – 365 qol.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest