Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
 
"Liverpul" doğma meydanda "Arsenal"la qarşılaşıb. London təmsilçisi bu matçın 24-cü dəqiqəsindən etibarən azlıqda oynamasına baxmayaraq, qarşılaşmada hesab açılmayıb. Bu komandalar arasındakı cavab görüşü ayın 20-də "Arsenal"ın stadionunda keçiriləcək.
 
Xatırladaq ki, İngiltərə Liqa Kubokunda ilk finalçı artıq bəllidir. "Tottenhem"i iki oyunun nəticəsinə əsasən (2:0, 1:0) üstələməyi bacaran "çelsi" finaldakı rəqibini gözləyir.
 
İngiltərə Liqa Kuboku
Yarımfinal
13 yanvar
 
Liverpul – Arsenal 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest