19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun I qrupunun oyunlarının keçiriləcəyi stadionlar açıqlanıb. Matç.az xəbər verir ki, Rusiyanın Krasnodar şəhərində mübarizə aparacaq Azərbaycan yığması iki müxtəlif stadionda oynayacaq.

Belə ki, Vüqar Məmmədin yetirmələri "Krasnodar" klubunun akademiyası və "Kuban" stadionlarında meydana çıxacaq.

ümumiyyətlə, qrupun 5 matçı akademiyanın meydançasında keçiriləcək. Yığmamız martın 20-də Rusiya, 3 gün sonra İrlandiya ilə bu arenada qarşılaşacaq.

Sonuncu turun görüşləri eyni vaxtda başlamalı olduğundan martın 26-da "Kuban" stadionundan da istifadə ediləcək. Millimizin İrlandiya ilə görüşü də bu idman qurğusunda baş tutacaq.

Qeyd edək ki, qarşılaşmaların başlama saatı hələ tam dəqiqləşməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest