"Neftçi" Premyer Liqanın 13-cü turunda "Sumqayıt"a qarşı keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir. Matc.az klubun saytına istinadən xəbər verir ki, bir günlük fasilədən sonra noyabrın 30-da hazırlığı bərpa edən "ağ-qaralar" bu gün klubun bazasında növbəti məşqə çıxıb.
 
Əsasən toplu və taktiki çalışmalardan ibarət olan hazırlıq prosesində zədəlilər – Aqil Məmmədov və Mamadu Mbodj iştirak etməyiblər. Əvəzində, bunadək fərdi məşq edən Tyaqo Bezerra komanda ilə məşq edib.
 
Dekabrın 5-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Sumqayıt" matçına saat 16:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest