Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun oyunlarında bu gün təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişən hərbçilərin xatirəsi anılacaq.
 
Matc.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov açıqlayıb.
 
Onun verdiyi məlumata görə, yüksək liqa matçları ilə yanaşı, Birinci Divizionunun sabah keçiriləcək 3 görüşündə də 1 dəqiqəlik sükut elan olunacaq.
 
“Bu gün təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişən hərbçilərimizin ailələrinə və xalqımıza dərin hüznlə baş sağlığı veririk", - PFL rəsmisi bildirib. (Report)
 
Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
 
Premyer Liqada 13-cü turun oyunları 4-5 dekabrda gerçəkləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest