PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi karyerasının 7-ci "Qızıl top" mükafatına qovuşandan sonra səsvermədə ikinci olan Robert Levandovskiyə ürək sözlərini çatdırıb. Matc.az xəbər verir ki, cənubi amerikalı superulduz belə danışıb: "Sən öz "Qızıl top"unu haqq edirsən. Hamı razılaşar ki, ötən il bu mükafat sənə verilməliydi".
 
Messi daha sonra əlavə edib: "Bilmirəm bundan sonra neçə il futbol oynayacağam. Amma onların sayının çox olmasını istəyirəm. çünki yaşıl meydanlarda olmaqdan çox böyük zövq alıram".
 
Xatırladaq ki, 2020-ci ildə "Qızıl top" koronavirus pandemiyası üzündən heç kimə verilməyib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest