İspaniyanın "Barselona" klubunun yeni baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin "sükan"ı Xaviyə tapşırılacaq.
 
Bu barədə RAC1 radiosu məlumat yayıb. Xəbərdə, "Barselona"nın gün ərzində Xavinin təyinatını rəsmən açıqlayacağı bildirilib.
 
"Barselona"nın keçmiş futbolçusu olan Xavi hazırda Qətərin "Əl Sədd" komandasını çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest