Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçulardan Azər Əliyevin komandası – "Ufa" səfərdə Vladiqafqaz "Alaniya"sı ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyunda 2 cavabsız qola üzülüb. Azər bu görüşdə 90 dəqiqə meydanda olub.
 
Digər azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Tula "Arsenal"ı isə "Veles"lə üz-üzə gəlib. Moskva təmsilçisi ilə görüşün əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. 3 xalın sahibini müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Arsenal" meydanı qələbə ilə tərk edib – 4:3. Komandasının start heyətində meydana çıxan Quliyev 61-ci dəqiqədə əvəzlənib.
 
"Arsenal" hazırda yer aldığı 3-cü qrupda 5 xalla birinci pillədə qərarlaşıb. "Ufa" isə 6-cı qrupda 2 xalla 2-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest