"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger maraqlı açıqlama verib. Matc.az xəbər verir ki, "Goal" nəşrinə danışan fransalı mütəxəssis, Dç-2022-də ofsayd zamanı qərarların avtomatik veriləcəyini bildirib:
 
"VAR-ı çox tənqid edirlər. Bu sistem oyunu yavaşladır. Dç-2022-də ofsayd məsələsi avtomatlaşdırılacaq. Bu barədə çox danışmaq istəmirəm. Texnologiya inqilabı ola bilər".
 
Hazırda FİFA-da işləyən Venger 1996-cı ildən 2018-ci ilin yayına qədər "Arsenal"ı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest