İtaliyanın “Latsio” klubunun baş məşqçisi Mauritsio Sarri iki oyunluq cəzalandırılıb. Matc.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.
 
62 yaşlı məşqçi A Seriyasının 3-cü turu çərçivəsində “Milan”a 0:2 hesabıyla uduzduqları oyundan sonrakı davranışlarına görə belə cəzaya layiq bilinib. O, həmin oyundan sonra rəqib futbolçularla münaqişəyə girişdiyi üçün qırmızı vərəqə almışdı.
 
Sarri cəzalı duruma düşdüyü üçün A Seriyasında “Kalyari” və “Torino”ya qarşı keçirəcəkləri oyunlarda texniki zonada yer ala bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest