19 Avqust 2021, 10:02
FUTBOL
Norveçin “Hauqesund” klubunun idman direktoru Erik Opedal İbrahima Vadjinin “Qarabağ”a keçidi haqda fikirlərini bildirib. Matc.az xəbər verir ki, Opedal, afrikalı hücumçu üçün Ağdam klubundan yaxşı təklif aldıqlarını söyləyib:
“Vadji üçün “Qarabağ”dan bizi qane edən təklif aldıq. Ona bu fürsəti verməyi düzgün qərar hesab edirik. Bu yay heyətimizi yaxşı yığmışıq. Vadjini əvəzləyəcək futbolçular var”.
“Qarabağ” Vadji ilə 3 illik müqavilə imzalayıb.