16 İyun 2021, 14:39
                
                
                
                                ÇEMPİONLAR LİQASI 
                                
                
               
              Azərbaycanlı hücumçu Mahir Emrelinin klubu "Legiya"nın 2-ci mərhələdəki potensial rəqibi də məlum olub. Varşava təmsilçisi 1-ci mərhələni keçsə, "Flora" (Estoniya) - "Hibernians" (Malta) matçının qalibi ilə qarşılaşacaq.
				 
 
	Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan çempionu "Neftçi"nin də bu mərhələdəki potensial rəqibi bəlli olub. "Ağ-qaralar" mərhələni adlasa, Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq.
	Azərbaycanlı hücumçu Mahir Emrelinin klubu "Legiya"nın 2-ci mərhələdəki potensial rəqibi də məlum olub. Varşava təmsilçisi 1-ci mərhələni keçsə, "Flora" (Estoniya) – "Hibernians" (Malta) matçının qalibi ilə qarşılaşacaq.
	Bundan başqa, Türkiyənin "Qalatasaray" klubunun da rəqibinin adına aydınlıq gəlib. "Sarı-qırmızılar" bu mərhələdə Niderlandın PSV klubu ilə qarşılaşacaq.
	UEFA çempionlar Liqası
	2-ci təsnifat mərhələsi
	Dinamo (Zaqreb, Xorvatiya)/Valyur (İslandiya) – Omoniya (Kipr)
	Slovan (Slovakiya)/Şemrok Rovers (İrlandiya) – Yanq Boyz (İsveçrə)
	Bodo Qlimt (Norveç)/Legiya (Polşa) – Flora (Estoniya)/Hibernians (Malta)
	Konnah (Uels)/Alaşkert (Ermənistan) – Teuta (Albaniya)/Şerif (Moldova)
	Olimpiakos (Yunanıstan) – Dinamo (Tiflis, Gürcüstan)/Neftçi (Azərbaycan)
	Makkabi (Hayfa, İsrail)/Kayrat (Qazaxıstan) – Srvena Zvezda (Serbiya)
	Fola (Lüksemburq)/Linkoln (Cəbəllütariq) – çFR (Rumıniya)/Borats (Bosniya və Herseqovina)
	Malmö (İsveç)/Riqa (Latviya) – HJK (Finlandiya)/Buduçnost (Monteneqro)
	Ferentsvaroş (Macarıstan)/İlkin mərhələnin qalibi – Jalgiris (Vilnüs, Litva)/Linfild (Şimali İrlandiya)
	Şkendiya (Şimali Makedoniya)/Mura (Sloveniya) – Ludoqorets (Bolqarıstan)/Şaxtyor (Belarus)
	Rapid (Avstriya) – Sparta (Praqa, çexiya)
	Seltik (Şotlandiya) – Midtyulland (Danimarka)
	PSV (Niderland) – Qalatasaray (Türkiyə)
				
         	
                                             
               
            
 






_1762210118.jpg)



