Portuqaliya, Qətər və Serbiyaya məğlubiyyətlər Azərbaycan millisinin FIFA reytinqinə mənfi təsir göstərəcək. Matc.az xəbər verir ki,  son cədvəldə 1180 xalla dünyanın 108-cisi olan yığmanın xal aktivi azalıb. Portuqaliya ilə görüş (0:1) 3,4, Qətərlə matç (1:2) 3, Serbiyaya qarşı görüş 5,6 xalın silinməsinə səbəb olub. Beləliklə, Canni De Byazinin nrəhbərlik etdiyi kollektiv 3 oyuna görə 12 xal itirib.

İndidən bunun cədvəldəki mövqeyə necə təsir edəcəyini demək çətindi. çünki sıralamada milliyə qonşu olan komandaların nəticələri də önəmlidi. Ancaq güman ki, belə xal itkisi bir neçə pillə geriləməyə səbəb olacaq.

Aprel sıralamasında millinin aktivində 1168 xal olacaq ki, bu da hazırkı duruma görə 115-116-cı pillələrdə qərarlaşmaq anlamına gəlir.

Yeni cədvəl aprelin 15-də açıqlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest