Futbol üzrə Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Rotor”la qarşılaşıb. Əliyevin komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.
 
Kamran bu matçın iştirakçısı olmayıb. Əliyev sonadək ehtiyatda qalıb.
 
21 turdan sonra 29 xalı olan “Ximki” 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest