"Hazırda dözümlülüyü artırmaq üçün məşqlər edirik. Yalnız yarışlardan bir ay öncə sürətli məşqlərə keçirik"

"Hazırda dözümlülüyü artırmaq üçün məşqlər edirik. Yalnız yarışlardan bir ay öncə sürətli məşqlərə keçirik". Matç.az saytı xəbər verir ki, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə yığmasının heyətində 200 metr məsafəyə qaçışda dünya çempionu olan atlet yerli mətbuata açıqlamasında gələcək hədəflərindən söz açıb. 28 yaşlı idmançının hədəfi karyerasını bitirən Useyn Boltun yerini tutmaqdı: "Məqsədim çempionluq ünvanını qorumaqdı. Bu, mənim üçün çox önəmlidi. Bildiyiniz kimi, Useyn Bolt karyerasını bitirib və onun yeri boşalıb. Hədəfim bu boşluğu doldurmaqdı. Məncə, onun yerini tutmaq mümkündü. Dünyanın ən yaxşısı olmaq fərqlidi. Bunun üçün var gücümlə çalışıram".

Qeyd edək ki, Ramil Quliyev ötən il Londonda keçirilən dünya çempionatının qızıl medallarına layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest