AFFA İntizam Komitəsinin 23 fevral 2021-ci il tarixli qərarına əsasən, “Sumqayıt” - “Qarabağ” oyununda Ağdam təmsilçisinin 8 nömrəli futbolçusu Uroş Matiçin formasında adının yanlış qeyd olunduğu əsas gətirilərək, futbol forması standartları pozulduğu üçün sözügedən klub 3000 AZN məbləğində cərimə olunub.
 
Matc.az xəbər verir ki, Ağdam klubu həmin oyunda forma geyinməyən, 1 dəqiqə belə meydanda olmayan Uroş Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmır.
 
Bu barədə klubun yaydığı bəyanatda bildirilib. “Qarabağ” FK qərarın ləğvi üçün AFFA Apellyasiya Arbitraj Tribunalına İntizam Məcəlləsinin  uyğun bəndlərinə əsasən hazırlanmış müraciət ünvanlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest