İngiltərə Premyer Liqasında ötən ilin dekabr ayının ən yaxşı futbolçusu məlum olub.
 
Matc.az xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu Bruno Fernandes ötən ayın ən yaxşısı seçilib.
 
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi ötən ay iştirak etdiyi 7 oyunda 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Fernandes 4-cü dəfə bu mükafata layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest