"Hazırlıq prosesi normal davam edir. Çalışırıq ki, əhval-ruhiyyə yüksək olsun və çempionata yaxşı hazırlaşaq".

"Artıq dünən fərdi məşqlərə başlamışıq. Komandada əhval-ruhiyyə yaxşıdır". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin qapıçısı Aqil Məmmədov klubun televiziyasına açıqlamasında təlim-məşq toplanışı barədə danışarkən deyib.
 
31 yaşlı qolkiper sabahdan etibarən komanda şəklində məşq edəcəklərini bildirib. "Hazırlıq prosesi normal davam edir. çalışırıq ki, əhval-ruhiyyə yüksək olsun və çempionata yaxşı hazırlaşaq".
 
Məmmədov legionerlərin komandada olmamasına da münasibət bildirib: "Hazırda fiziki məşqlərə üstünlük veririk. Komanda tam tərkibdə məşq edə bilmir, qapıçılar və futbolçular ayrıdır. Legionerlərin olmamasının bizə təsiri hələ ki, özünü göstərmir. Hər şey qaydasındadır".
 
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının XIV turunda yanvarın 21-də "Səbail"in qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest