İşlərə ötən ilin avqustdan başlanılıb. Əldə etdiyimiz məlumata görə, artıq nəzərdə tutulan işlərin böyük hissəsi başa çatdırılıb. Hazırda son tamamlama işləri gedir.

Tovuzda Futbol Akademiyasının binasının, təlim-məşq bazasının və "Turan Tovuz"un ev oyunlarını keçirdiyi şəhər stadionunun təmir-tikinti işləri davam edir.
 
Matc.az xəbər verir ki, işlər AFFA-nın İcraiyyə Komitəsinin 4 mart 2019-cu il tarixli iclasında qəbul olunmuş Tovuz rayonunda, "Turan-Tovuz" klubunun nəzdində Futbol Akademiyası təsis olunması, bununla bağlı texniki proseslərin, inşaat-təmir işlərinin tənzimlənməsinin AFFA-ya həvalə edilməsi barədə qərara uyğun olaraq aparılır.
 
İşlərə ötən ilin avqustdan başlanılıb. Əldə etdiyimiz məlumata görə, artıq nəzərdə tutulan işlərin böyük hissəsi başa çatdırılıb. Hazırda son tamamlama işləri gedir. 
 
Stadion bağlandığından həm ötən mövsüm, həm də cari mövsümdəki ev oyunlarını neytral meydanda keçirməli olan "Turan Tovuz" inşaat işləri sona çatdıqdan sonra yenidən matçlarını doğma meydanda keçirə biləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest