Avrokubokların qrup mərhələsinin IV turunun oyunlarından sonra UEFA ölkələrin əmsallarını açıqlayıb. Matc.az xəbər verir ki, Çempionlar Liqasının 16, Avropa Liqasında 24 qarşılaşmasından sonra cədvəldə heç bir yerdəyişmə olmayıb.

İspaniyanın 86,855 xalla başçılıq etdiyi cədvəldə İngiltərə (85,283) ikinci, İtaliya (66,581) üçüncü yerdədir.
Hazırda qitə miqyaslı yarışda yeganə təmsilçisi, son oyununda Türkiyənin “Sivasspor” klubuna 2:3 hesabıyla uduzan “Qarabağ” olan Azərbaycan yenə 26-cı sıradadır – 16, 625. 25-ci yerdəki Rumıniyanın əmsalı 17,950, 27-ci pillədəki Qazaxıstanda isə bu rəqəm 15,625-ə bərabərdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest