"Mançester Yunayted"in futbolçusu Markus Reşford UEFA çempionar Liqasında yeni rekord müəyyənləşdirib.
 
Matc.az xəbər verir ki, 22 yaşlı hücumçu buna "Leyptsiq"lə matçda (5:0) nail olub.
 
Görüşün 63-cu dəqiqəsində meydana daxil olan oyunçu 74, 78 və 90+2-ci dəqiqələrdə rəqibin qapısına yol tapıb. Bununla da o, turnirdə ehtiyatdan meydana daxil olduqdan sonra ən tez het-trik etməyi bacaran futbolçu kimi tarixə düşüb.
 
Əvvəlki rekord 38 dəqiqəyə 3 qol vurmuş Kilian Mbappeyə məxsus idi. 
 
Qeyd edək ki, Reşford 2016-cı ildən "qırmızı şeytanlar"da oynayır. O, həmin ildən İngiltərə millisinin də üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest