Futbol üzrə İsrail çempionatında 5-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Makkabi” (Təl-Əviv) də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Hapoel”lə (Beer-Şeva) qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
 
Bu mövsüm cəmi 3 oyun keçirmiş “Makkabi” bu nəticədən sonra 2 xalla 14 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
 
Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz “Makkabi” ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest