"Yuventus"un hücumçusu Kristiano Ronaldo Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən 2019-cu ilin bombardiri mükafatını alıb. Matc.az xəbər verir ki, 35 yaşlı forvard həmin ildə ümumilikdə 21 dəfə rəqib qapılarına yol tapıb

Ronaldo bu qolların 12-ni millinin heyətində, 7-ni isə çempionlar Liqasında vurub. Onun ən yaxın izləyicisi 19 qolla İngiltərə millisinin və "Tottenhem"in forvardı Harri Keyn olub.

Qeyd edək ki, çempionlar Liqasında mövsümün ən yaxşı futbolçusu adına namizədlər sırasında nə Ronaldo, nə də "Barselona"nın kapitanı Lionel Messi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest