"Bavariya" Bundesliqanın ilk turunda "Şalke"ni 8:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, qollardan birinin müəlllifi olan Tomas Müller karyerasında yeni uğura imza atıb.

Belə ki, almaniyalı hücumçu bu görüşdə fərqlənməklə Münxen klubundakı qollarının sayını 200-ə çatdırıb.

Bununla da o, Karl Hayns Rummenigge (217), Robert Levandovski (247) və Gerd Müllerlə bərabər klub tarixinin ən məshsuldar dördüncü oyunçusu olub.

Qeyd edək ki, Müller Bundesliqa təmsilçisində bu günə qədər 536 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest