"Sabah" klubu Ramil Şeydayevlə yeni müqavilə bağlayıb.

Matc.az klub saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi millimizin hücumçusu ilə bir illik sözləşmə imzalayıb. Şeydayevin növbəti mövsüm də "Sabah"da çıxış edəcəyi bildirilib.

Xatırladaq ki, 24 yaşlı forvard bu ilin fevralından Bakı klubunda forma geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest